QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASI «SOROS»la BİRGƏ LAYİHƏ MALİYYƏLƏŞDİRƏCƏK
Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı 2009-cu ildə həyata keçirdikləri birgə layihə müsabiqəsi və digər tədbirlərin əhəmiyyətini qeyd edərək, 2010-cu ildə də müştərək fəaliyyətin davam etdirilməsini məqsədəuyğun sayıblar. Görüşdə QHT-lərlə bağlı qanun yaradılacağı və birgə layihələrin dəstəklənməsinə əlavə maliyyə mənbələrinin cəlb edilməsi məsələləri müzakirə edilib.
İki qurum arasında əməkdaşlığın reallaşdırılması üzrə işçi qrupların rəhbərlərinə tapşırılıb ki, gələcək birgə fəaliyyətlə bağlı təkliflər hazırlayıb müzakirəyə təqdim etsinlər.
İki qurum arasında əməkdaşlığın reallaşdırılması üzrə işçi qrupların rəhbərlərinə tapşırılıb ki, gələcək birgə fəaliyyətlə bağlı təkliflər hazırlayıb müzakirəyə təqdim etsinlər.






