QƏZZAFİNİN BAŞINI ƏZƏ BİLMİRLƏR
Əvvəlcə şəhərdən bir qrup Qəzzafi əsgəri əllərində ağ bayraq irəli çıxıblar. Müxalifətçilər onların təslim olmaq istədiyini zənn ediblər və yaxına buraxıblar, ancaq gözlənilmədən ağ bayraqlılar onlara atəş açıblar və üsyançılar itki verməli olub. Daha sonra paytaxt Tripolidən əlavə qüvvələrin, o cümlədən artilleriya və raket sistemlərinin köməyə gəlməsindən istifadə edən Qəzzafi qüvvələri müxalifətçilərin mövqelərini intensiv atəşə tutublar. Müxalifətçilər panika içində geri qaçmağa başlayıb və ötən həftə sonu geri qaytardıqları strateji əhəmiyyətli neft şəhərləri Ras Lanuf və Breqadan, habelə Ben Cavad qəsəbəsindən çəkiliblər.
“Röyter” müxbiri bildirir ki, müxalifət qüvvələrinin komandirləri döyüşçülərin geri qaçmasını dayandırmağa çalışıb, ancaq bu mümkün olmayıb və üsyançılar bir neçə günlük döyüşlərdən sonra aldıqları şəhərləri cəmi 4 saata itiriblər. Onların 100 kilometrdən çox geri çəkildikləri bildirilir. Müxalifət qüvvələrinin komandirlərindən biri deyib ki, qüvvələr qeyri-bərabərdir və Qəzzafinin ordusu kifayət qədər yaxşı silahlanıb. Həmçinin koalisiya aviasiyası müxalifətçilərə havadan dəstək verməyib. Geri qaçan müxalifətçilər “Haradadır Sarkozi?”, “Niyə bombardmançılar görünmür?” deyə sual ediblər.
Qeyd edək ki, Qəzzafi qüvvələrinin Benqazi şəhərinə hücumunu məhz Fransa aviasiyası dayandırmışdı. Müxalifətçilər deyiblər ki, qüvvələrin bu cür qeyri-bərabər olduğu bir vaxtda döyüş aparmayacaqlar. “Əgər koalisiya ölkələri yenidən Qəzzafinin qoşunlarını bombalasa döyüşə girə bilərik, əks halda, buradan da geri çəkilməli olacağıq” - deyə müxalifətçilərdən biri deyib. Bildirilir ki, iki həftədir qanlı döyüşlərin getdiyi Misurata şəhərində də vəziyyət kritikdir, Qəzzafinin qüvvələrinin hücumları nəticəsində çoxlu sayda dinc sakin həlak olub.
Xəbərlərə görə, anti-Qəzzafi koalisiyasında yer alan ölkələrin xarici işlər nazirlərinin Londonda toplaşaraq polkovnikin gələcəyini və Liviyadakı əməliyyatlardakı sonrakı taktikaları müzakirə etdiyi bir vaxtda müxalifətçilərin geri qaçması bu toplantı üçün yaxşı xəbər olmayıb. Həmin gün koalisiya aviasiyası Liviyadakı hədəflərə endirilən zərbələri azaldıb, paytaxt Tripoliyə bir neçə “Tomoqavk” raketi atılıb. Hədəfin Qəzzafinin iqamətgahı, yaxud hərbi baza olduğu bildirilir. Digər zərbələr isə hərbi təchizat anbarlarına, komanda məntəqələrinə və bu kimi obyektlərə endirilib. Bilavasitə Qəzzafinin qüvvələrinin hədəfə alınmadığı bildirilir. Liviyada müxalifət qüvvələrinin polkovnikin rejimini təkbaşına devirə bilməyəcəyini göstərən son döyüşlər koalisiya ölkələrini dilemma qarşısında qoyub. London toplantısında əməliyyatların hansı formada davam edib-etməyəcəyinə dair ciddi fikir ayrılıqları yaşanıb. Toplantıda hansısa qətiyyətli qərarların qəbul edilmədiyi bildirilir. Toplantı zamanı Liviya müxalifətinə silah verilib-verilməməsi məsələsi də qaldırılıb. Belə fikirlər səslənib ki, müxalifətə silah verilməsi Liviyaya qarşı silah embarqosuna dair BMT qətnaməsini pozmaq olardı.
Britaniya baş naziri Devid Kemeron və Fransa prezidenti Nikolya Sarkozi Qəzzafinin tərəfdarlarını “son şansdan istifadə etməyə” və diktatordan uzaqlaşmağa çağırıblar. Bu çağırışlar göstərir ki, Paris və London Tripolidə saray çevrilişinə ümid edir. Yəni ümid edir ki, Qəzzafinin komandasından kimsə onu devirəcək və hakimiyyəti ələ alacaq. Benqazidə mənzillənmiş müxalifət isə Qəzzafiyə qarşı ciddi alternativ hesab edilmir. Belə ki, müxalifətçilər dağınıq fəaliyyət göstərir, onların vahid lideri yoxdur və Qərb kiminlə işləməyin daha sərfəli olacağını hələ müəyyənləşdirə bilməyib. İtaliya xarici işlər naziri Franko Frattini deyib ki, Liviyada hakimiyyətin dinc yolla dəyişməsi planı qüvvədədir. Bu plana əsasən atəşkəs əldə edilməli, Qəzzafi ölkədən sürgün edilməli və ölkənin gələcəyinə dair nüfuzlu qəbilələrin, müxalifətin əsas fiqurlarının iştirakı ilə müzakirələr başlamalıdır. Frattini deyib ki, Qərb Qəzzafinin Liviyanı təhlükəsiz şəkildə tərk etməsini təmin edə bilər, ancaq onun törətdiyi əməllərə görə beynəlxalq tribunalda mühakiməsini əngəlləməyəcək. Toplantıda bu məsələ razılaşdırılıb ki, Liviyaya yaxın günlərdə təmas qrupu göndərilsin. Bu qrup Qəzzafinin sürgünə göndərilməsini və hakimiyyətin ondan sonra kimə ötürülməsini müzakirə etməlidir. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Qərb ölkələri hazırda Qəzzafi hökumətinin nümayəndələri ilə böhranın dinc yolla nizamlanması üçün təmas qurmağa çalışır. Bu məqsədlə BMT baş katibinin nümayəndəsi Liviyaya göndəriləcək. O, beynəlxalq koalisiya adından Qəzzafiyə təklif edəcək ki, istefa verib ölkəni tərk etsin, rejimin qüvvələri ələ keçirilmiş şəhərlərdən çəkilsin. Hillari Klinton beynəlxalq koalisiyanın Liviyadakı əməliyyatları qələbəyədək davam etdirməkdə qəti olduqlarını da açıqlayıb. Qərb mətbuatı xəbər verir ki, hazırda İtalya diplomatları Afrika ölkələrindən birində Qəzzafiyə sığınacaq verilməsinə dair müzakirələr aparır. Digər xəbərə görə, Qəzzafinin adamları da bu məsələ ilə bağlı Afrika ölkəsi Çada göndərilib. Lakin Qəzzafinin özünün təslim olmağa hazırlaşdığını göstərən heç bir əlamət yoxdur. Hərbi ekspertlərə görə, Qərb koalisiyası quru əməliyyatları olmadan onun rejimini təslim olmağa məcbur edə bilməyəcək.