İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzadan çıxarılan azərbaycanlılar ölkəmizə gətirildilər - RƏSMİ

787 07.11.2023 12:14 Son xəbər A A

"Qəzza zolağının Misirlə sərhəddəki "Rəfah" keçid məntəqəsi vasitəsilə anklavı səkkiz azərbaycanlı tərk edib".

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, həmin səkkiz nəfər artıq ölkəmizə gətirilib.
Qeyd edək ki, Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki "Rəfah" keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib.

Məlumata görə, siyahıda 596 əcnəbinin və ikili vətəndaşların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları vardı.

Həmin siyahıda Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşlarının olduğu qeyd edilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR