İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada FACİƏ - ABŞ-ın havadan atdığı yardım qutuları insanların ölümünə SƏBƏB OLDU VİDEO

1057 08.03.2024 20:50 Dünya A A

Qəzzada bu gün ABŞ təyyarələrindən atılan bəzi humanitar yardım qutularının paraşütləri açılmayıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, qutular Qəzza şəhərinin şimalındakı Şati Qaçqınlar Düşərgəsi və Cela küçəsində humanitar yardım gözləyən mülki şəxslərin üzərinə düşüb.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Yaralılar Qəzza şəhərindəki Şifa və Əl-Ehli Baptist xəstəxanalarına aparılıb.

Qeyd edək ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Oman və Bəhreyn son bir həftədir Qəzza zolağına havadan yardım göndərmək üçün birgə əməliyyatlar təşkil edir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR