QƏZETLƏRİN ƏLYAYIMINA TÖRƏDİLƏN ƏNGƏLLƏR ARADAN QALXMAYIB
Əldəyayımla məşğul olan Zülfüqar Ağayarov isə qeyd etdi ki, bir neçə gündür ki, işə çıxmır: “Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının təzyiqlərindən bezdim, artıq qəzet satmıram”. Onun sözlərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov əlyayımı ilə məşğul olanların probleminin həll ediləcəyinə vəd versə də, problem həllini tapmayıb: “Amaşov dedi ki, bizə lisenziya veriləcək və satışla məşğul ola biləcəyik. Ancaq ortada nəticə yoxdur”.
Mətbuat Şurasının rəhbəri Ə.Amaşov isə bildirdi ki, onlar məsələni diqqətdə saxlayırlar: “Məsələ ilə bağlı ”Qaya" mətbuat yayım firmasının direktoru ilə, Yayım Assosiasiyasının rəhbəri ilə görüşmüşəm. Ətraflı müzakirə aparmışıq. Hazırda variantlar üzərində işləyirik". Bununla belə, Ə.Amaşov qeyd etdi ki, onun BŞİH-ə ünvanladığı müraciətə hələ də cavab verilməyib. Onun yanvarın 6-da göndərdiyi müraciətdə əldə qəzet satanların fəaliyyətinin lisenziyalaşdırılması təklif edilirdi.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da məsələdən narahatlığını bildirir. Onun sözlərinə görə, Mətbuat Şurasının sədrinin müraciətini meriya tezliklə cavablandırmasa, baş verənlərə qəzet redaktorları ciddi reaksiya verməlidir: “Belə başa düşürəm ki, məsələ Mətbuat Şurasının diqqətindədir. Amma Redaktorlar Birliyi, qəzetlərin rəhbərləri yığılıb problemi ciddi şəkildə müzakirə etməli, çıxış yolu axtarmalıdırlar”.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən əlyayımı ilə məşğul olan qəzet satıcılarının işinə yanvarın 5-dən əngəllər yaradılmağa başlayıb. Paytaxtın müxtəlif istiqamətlərində, xüsusilə də paytaxtın mərkəzi küçələrində əlyayımı işçilərinə özlərini Bakı Şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim edən şəxslər hücum edərək sonuncu xəbərdarlıq etməklə bir daha küçədə qəzet satmamaq barədə tapşırıq veriblər.