İnsanlara hürriyət, millətlərə istiqlal!

QƏZETLƏR MÜDAFİƏ KOMİTƏSİ QURMAĞA HAZIRLAŞIR

797 04.12.2010 09:41 Media A A
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, bu istiqamətdə iş gedir: “Biz ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, partiya liderləri, QHT rəhbərləri ilə görüşlərimiz, telefon danışıqlarımız olub. Məhkəmə hazırlıq iclasından dərhal sonra, əgər iddia icraata qəbul olunarsa, Müdafiə Komitəsini təsis edəcəyik. Ölkənin tanınmış millət vəkillərindən biri Müdafiə Komitəsinin sədri olmağa razılıq verib. Bir neçə deputat da komitənin üzvü olacaq. Biz effektli müdafiəmiz üçün bütün qanuni addımları atacağıq və bu məsələnin daha da ictimailəşməsi üçün çalışacağıq”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Müdafiə Komitəsinə üzv olacağını dedi: “Azərbaycanda söz və mətbuat azadlığının müdafiəsi üçün istənilən tədbirdə iştirak etməyə və müdafiə işinə qoşulmağa hazıram. İndiyə qədər bu istiqamətdə də fəaliyyətim açıq və şəffaf olub. ”Yeni Müsavat" qəzeti digər nəşrlərdən mənə bir qədər də doğmadır, onun müdafiəsi istiqamətində üzərimə düşən vəzifələri bir vətəndaş, millət vəkili, partiya sədri kimi yerinə yetirməyə hazıram".
Millət vəkili Çingiz Qənizadə müxbirimizə dedi ki, Anar Məmmədovun qaldırdığı iddia ilə hüquqi baxımdan tanış olmadığı üçün bu işin mahiyyəti ona aydın deyil: “Əgər bu qəzetlərin məhkəmə çəkişməsi zamanı həqiqətin ortaya çıxması, tərəflərin barışması üçün də əlimdən gələni edərəm. Həmçinin, ehtiyac yaranarsa və mənə müraciət edilərsə, Müdafiə Komitəsinin işində nə cür iştirak etməklə bağlı da düşünərəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR