QƏZET BANKI MƏHKƏMƏYƏ VERİR
Qəzetin rəhbərliyi məktubda baş redaktora və kollektivə qarşı təhqirlərə yol verildiyi qənaətinə gələrək “Texnikabank”ı məhkəməyə çəkib. Baş redaktor A.Rzayevin sözlərinə görə, Mətbuat Şurasına göndərilən məktubdakı bu iddialardan narazı qalıblar: “A.M.A.Y” şirkətinin rəhbərliyi “Unikal” qəzeti tərəfindən məqsədli şəkildə dəstəklənir; “Unikal”qəzetinin baş redaktoru Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərini pozur; “Unikal” reket qəzet olduğundan adı qara siyahıya salınıb; qəzetin baş redaktoru qəzetdə şou yaradır və maddi maraqları onun peşə prinsiplərindən üstündür; o, “Texnikabank”ın prezidentini şantaj etmək niyyəti ilə qəzetin nömrələrini poçt vasitəsilə göndərərək ona hədə-qorxu gəlir".
A.Rzayev deyib ki, yazılanlar həqiqətə uyğun deyil: “Bu səbəbdən də onları məhkəməyə vermişik. İstəyirik ki, ”Texnikabank" bu iddiaları sübut edən dəlilləri məhkəməyə təqdim etsin. Təzminat olaraq “Texnikabank”dan 1 (bir) manat tələb edirik".