İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan təyyarənin bütün ekipaj üzvlərinin meyiti tapılıb

1530 04.07.2016 10:00 Hadisə A A
Rusiyanın İrkutsk vilayətində qəzaya uğramış İl-76 təyyarəsinin bütün ekipaj üzvlərinin meyiti tapılıb.
 
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Sibir Regional Mərkəzinin rəisi Sergey Didenko bildirib ki, bütün gecə aparılan axtarışlar nəticəsində daha 2 heyət üzvünün meyiti tapılıb, beləliklə heyət üzvlərinin hamısının meyitləri aşkar edilib.
 
Hazırda hadisə yerində məhkəmə-tibbi ekspertiza işləyir. Əvvəlcə meyitlərin İrkutsk şəhərinə, sonra isə Sankt-Peterburqa aparılması planlaşdırılır.
 
Xatırladaq ki, FHN-ə məxsus İl-76 təyyarəsi iyulun 1-də meşə yanğınlarının söndürülməsi zamanı yoxa çıxıb. Göyərtəsində 10 nəfər olan təyyarənin qalıqları iyulun 3-də dağın ətəyində aşkarlanıb.
 
Qeyd edək ki, ərazidə meşə yanğınları davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR