İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya düşən Zeynal Nağdəliyevi helikopterlə Bakıya gətirdilər -yenilənib 3

39679 06.08.2014 09:21 Son xəbər A A

saat 21.05

Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib. Bu barədə musavat.com-a  hadisə şahidlərindən biri məlumat verib. Onun deməsinə görə, cənab Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını Vaz 21015 markalı Jiquli ilə toqquşub. Z. Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik. 

Musavat.com-un da xəbər verdiyi kimi, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z. Nağdəliyev də bu məqsədlə  Ağdama gedirmiş. .

Z. Nağdəliyev  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.  

İstiqamet.com-un əldə etdiyi məlumatlara görə,  Z. Nağdəliyevin ourduğu maşınla toqquşan Vaz 21015-in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakininin durumu isə ağırdır. O, hazırda Kürdəmir xəstəxanasında reanimasiya şöbəsindədir. 


****

Hadisə barədə APA-nın 6 avqust, saat 00.0.5-də yaydığı xəbərdə bir sıra yeni xüsusatlar ortaya çıxıb. 

 "APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 5-də axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfdən gələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsus BMW markalı xidməti maşınla toqquşub.
 
Hadisə nəticəsində BMW markalı xidməti maşında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və “VAZ 21015” markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Z. Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır".

***
6 avqust saat 09.15
 
Kürdəmirdəki qaynaqlar musavat.com-a bildirir ki, Zeynal Nağdəliyevlə toqquşan maşının sürücüsü 
1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun durunu son dərəcə kritikdir. Hətta onun öldü şayiəsi də çıxıb. Lakin bu faktı xəstəxanadan təsdiqləməyiblər. PA rəhbərinin müavininin səhhəti haqda isə heç bir məlumat yoxdur.  
 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR