Məlum olduğu kimi, Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım - 1992-ci il təvəllüdlü Səbinə Talibova Fərhad qızı, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.
Bəzi media quruluşlarının iddialarına görə, qəzaya səbəb onların narkotik vasitələrin təsiri altinda olmasıdır.
Lakin musavat.com yol qəzasında yaralanan şəxslərin narkotik vasitənin təsiri altında olmamalarını sübut edın həkim rəyi əldə edib. Həkimin müvafiq rəyinə əsasən onlar nə narkotik vasitənin təsiri altında, nə də içkili olublar.
Həmin sənədin surətini təqdim edirik.
Musavat.com






