İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada yaralanan aktyorun son halı - Foto

1414 25.11.2022 03:17 Şou-biznes A A

Bir neçə gün öncə Amasya bölgəsində avtoqəza zamanı xəsarət alan aktyor Ceyhun Fersoy sosial şəbəkədə yeni paylaşım edib.

Axşam.az xəbər verir ki, aktyor son halının fotosunu izləyiciləriylə bölüşərək bunları yazıb:

"Haradan başlayım, necə izah edim bilmirəm. Gözlərimi bağlayan kimi o anı yaşayıram, açıram gerçək olmadığını düşünürəm. Sanki filmdən bir səhnəni canlandırırdıq, üsyan etmək istəmirəm. Çünki 3 dəyərli dostumuz bunu istəməzdi. Çox dəyərli yol yoldaşlarımı itirməyin kədərini ifadə edə bilmirəm, Allah düşmənimin başına gətirməsin. İndi ayağa qalxmaq vaxtıdır. Güclənib daha yaxşı olmalıyıq, olacağıq. Sizlərin sevgisi və dualarıyla ayaqüstəyəm, bu qədər sevildiyimi bilmirdim. Üç dəyərli dostlarımız üçün bayrağı alıb, yolumuza davam edəcəyik. Onlara xəyanət etməyəcəyik" deyə şərh yazıb.

Qeyd edək ki, teatrdan aktyorları geri qaytaran avtobus ötən gün yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 aktyor vəfat edib, 8-i isə yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR