Ukraynada avqustun 15-dən 16-a keçən gecə qeyri-sabit hava şəraitinə görə Kiyevdəki “Julyanı” aeroportunda bir neçə reys təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, Kiyev-Neapol və Berqamo-Kiyev reysləri təxirə salınıb. Digər reyslərin uçuşu isə gecikir.
Qeyd edək ki, avqustun 15-dən 16-na keçən gecə Kiyevdə dolu və qasırğa ilə müşahidə edilən hava şəraiti hökm sürür.






