Qətər hökuməti öz vətəndaşlarını diplomatik əlaqələri kəsərək embarqo tətbiq edən ölkələrə qarşı təhqiramiz ifadələrdən istifadə etməməyə çağırıb.
Avropa.info xəbər verir ki, sözügedən çağırış Qətərin Nazirlər Kabinetinin böhranla bağlı yayımladığı açıqlamada yer alıb.
Sosial şəbəkələrdə Qətər əleyhinə paylaşım edənlərə cavab verilməməsi və müzakirəyə girilməməsi tövsiyə olunan açıqlamada deyilir:
“İslam dininin təməl əsasları və insanlıq dəyərləri ilə Qətər ənənələri istiqamətində Qətərdə rifah içində yaşayanlardan xüsusilə sosial şəbəkələrdə və mətbuat orqanlarında Qətər əleyhinə edilən təbliğatlara cavab verilməməsi, bu kimi paylaşımlar qarşısında hissləri ilə davranıb digər ölkə vətəndaşları və liderlərinə qarşı təhqir ehtiva edən paylaşımlar edilməməsi xahiş olunur”.






