İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər əmiri Qəzza sektorundakı fələstinlilərə 480 milyon dollar göndərəcək

418 07.05.2019 12:44 Qalmaqal A A

Qətər əmiri Hamad Əl Tani Fələstin və İsrail arasına vəziyyətin yenidən gərginləşməsi fonunda Qəzza sektoru və İordan çayının Qərb sahilində yaşayan fələstinlilərə 480 milyon dollar yardım ayrılması barədə sərəncam verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qətər fələstinlilərə, əsasən də İsrailin blokadaya aldığı Qəzza sektoruna mütəmadi olaraq maliyyə yardımı göstərir. Əmirliyin nümayəndəsi ötən il ehtiyacı olan ailələrə maddi yardımın paylanmasında bir neçə dəfə şəxsən iştirak edib.

Xatırladaq ki, mayın 3-də axşam saatlarında iki israilli əsgərin odlu silah atəşi ilə yaralanmasından sonra Qəzza sektoru ətrafında vəziyyət yenidən gərginləşib. İsrail aviasiyasının atəşin açıldığı rayonu bombalamasına cavab olaraq fələstinlilər qarşı tərəfə raket zərbələri endirib. Ardınca İsrail təyyarələri Qəzza sektorunu intensiv bombardman edib. Ölkənin müdafiə naziri Binyamin Netanyahu iki gün ərzində anklavdakı 350 hədəfə hücum edildiyini bildirib. Qarşılıqlı zərbələr 4 İsrail vətəndaşının və 25 fələstinlinin həyatına son qoyub. Ötən gecə tərəflər bombardmanları dayandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR