QƏRBLİ HÜQUQ MÜDAFİƏÇİSİ ÖLKƏMİZİ AVROPA MƏHKƏMƏSİNƏ VERİR
R.Vinsent bildirib ki, Milad bayramı üçün Böyük Britaniyaya yola düşəndən bir neçə gün sonra Bakıdan ona immiqrasiya vizasının ləğv olunduğunu deyiblər: “Oğlumun, həyat yoldaşımınkı yox, məhz mənimki. Heç bir izah verilmədən. Bu, o deməkdir ki, 20 aylıq oğlum və mən üç aydır evimizə qayıda bilmirik. Həyat yoldaşım iki ay əvvəl işinə görə Bakıya qayıdandan sonra ailəmiz ayrı düşüb”.
R.Vinsent yazır ki, Azərbaycana mümkün qədər tez qayıtmaqda maraqlı olduğundan sakitcə məsələnin həllini gözləyib. ABŞ səfirliyi də Azərbaycan hakimiyyəti ilə birlikdə çözüm tapmağa çalışıb. Nəhayət, ona sövdələşmə təklif olunub - fəaliyyətini kəsəcəyi halda ölkəyə qayıda bilər: “Könülsüz razılaşdım, ailəmə qovuşmağın ən yaxşı yolu olduğuna inanırdım və düşünürdüm ki, ölkə içində sakit yardım yolları tapa biləcəyəm. Ancaq sonradan bu sövdələşmə baş tutmadı. Görünür, yüksək rütbəli hökumət rəsmiləri arasında fikir ayrılığı yaranmışdı. Görünür, bəziləri mənim fəaliyyətimi dayandıracağıma inanmırdı... Mən bu şərtlər altında yaşaya bilməyəcəkdim” (azadlıq.org).
ABŞ səfirliyi də onun 2012-13-cü il bayramlarından sonra Azərbaycanda yaşamaq izninin ləğvindən xəbərdardır. Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat veriblər: “Səfirlik problemin həlli üçün Azərbaycan hökuməti və xanım Vinsentlə gərgin işləyib. Bu cəhdlərin nəticəsiz qalmasından və xanım Vinsentin Azərbaycandakı ailəsinə qoşula bilməməsindən təəssüflənirik”.
R.Vinsent isə bildirir ki, Avropa Məhkəməsinə müraciət edəcək. Ancaq o, bir gün daha azad Azərbaycana qayıdacağına ümid edir: “Artıq hadisələrin dəyişməyə başladığını hiss edirəm, çünki adamlar korrupsiya və zülmdən bezməyə başlayıb. Məncə, hakimiyyət də bunu hiss edir və hazırkı qəddar təzyiqlərin səbəbi də budur”.
“Demokratiya naminə incəsənət” kampaniyası üzvlərinə olan təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, üzvləri hədəf götürülüb, kampaniyanı koordinasiya edən İnsan Hüquqları Klubunu dövlət qeydiyyatına almaqdan imtina edilib. Kampaniyanın layihə koordinatoru Rəsul Cəfərov bildirib ki, hakimiyyətin əndişəsi indiki fəaliyyətin “Demokratiya naminə oxu” (“Sing for democracy”) kampaniyasının bazasında yaradılması və sonuncunun ötən il Avropa mediasında xeyli populyarlıq qazanması, tənqidi məqalələrin dərci ilə bağlıdır: “İkinci səbəb o ola bilər ki, hakimiyyət də anlayır ki, insan haqlarının incəsənət vasitəsilə təşviqi, müqayisəsi, incəsənət məhsulları yaradaraq demokratik islahatlara çağırış, demokratiyanın təbliği daha effektivdir, nəinki ənənəvi hüquq-müdafiə vasitələri. Ona görə dərhal belə reaksiya verilir ki, bəlkə ”dərs çıxarıb" fəaliyyətimizi məhdudlaşdırarıq".
Ancaq R.Cəfərov kampaniyanın dayanmadığını, musiqi yarışmasının artıq elan edildiyini bildirir. İnsan Haqları Klubu beynəlxalq ictimaiyyəti bu cür hallara qarşı tədbirlər görməyə və Azərbaycanda müstəqil vətəndaş cəmiyyətini müdafiə etməyə çağırır.
XİN-in mətbuat katibi Elman Abdullayev isə R.Vinsentin yazdıqları ilə tanış olduğunu və bu barədə mövqe hazırladığını bildirsə də sonradan telefon zənglərinə cavab vermədi.
R.Vinsentin “əl-Cəzirə”də (aljazeera.com) “Beynəlxalq nəzarət azaldıqca Azərbaycan tənqidçiləri susdurmaqda davam edir” başlıqlı məqaləsi də çıxıb.
“Azərbaycanın demokratiya görüntüsü getdikcə daha çox nazilir. Bu hücumlara son qoyulması və çox gec olmadan beynəlxalq insan hüquqları öhdəliklərinə əməl olunması üçün beynəlxalq təzyiqin artırılmasına təcili ehtiyac var. Azərbaycanda vətəndaş cəmiyyəti görünməmiş həddə təzyiq altındadır. Hakimiyyət tənqidçilərini susdurmaq üçün güclü kampaniya aparır. Beynəlxalq aləm isə neftlə zəngin Azərbaycanla biznesini davam etdirməklə məşğuldur. Ölkə demokratik adını daşımağa əsasları sürətlə itirir” - deyə məqalədə vurğulanır.
“Article 19" təşkilatı da ”Demokratiya naminə incəsənət" kampaniyasına hücumlardan narahatlığını bildirir və bu təzyiqləri prezident seçkisi ilə bağlayır. Qurum Azərbaycanda siyasi mövqeyinə görə adamların hədəfə alınmasından narahatlığını bildirir və beynəlxalq qurumları buradakı hadisələri diqqətlə izləməyə çağırır.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu da R.Vinsentin ölkəyə buraxılmamasına etirazını bildirib: “Bu addımın səbəbi izah olunmasa da diplomatik danışıqlar bunun arxasında siyasi motivin olduğunu sübut etdi. Amma Vinsent Azərbaycanda haqq-ədalət və insan hüquqları uğrunda mücadiləsini davam etdirəcəyini bildirib”.