Qərbi Ukraynada yaşayan etnik xalqlar Poroşenkoya xüsusi təkliflərini göndəriblər
Ukrayna Millətlər Assambelyası (UMA) tərəfindən Zakarpatiya regionu dövlət administrasiyasının milli və dini məsələlər üzrə İdarənin dəstəyi ilə qərbi Ukraynada yaşayan etnik xalqların iştirakı ilə Ujqorod şəhərində toplantı keçirilib. Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin moderatorluğu ilə keçən toplantıda ölkənin qərbində yaşayan etnik xalqları təmsil edən təşkilatların rəhbərləri, deputatlar, Zakarpatiya regionunun milli və dini məsələlər üzrə idarəsinin rəisi Anatoli Salay, Ujqorod şəhərinin meri Viktor Poqorelov, Ujqorod Şəhərinin şəhər şurasının mədəniyyət, idman, ailə və gənclər idarəsinin rəisi Yevgeni Bobrov, Ukrayna Yəhudi Forumun rəhbəri Arkadiy Monastırskiy və digərləri iştirak ediblər.
Rövşən Tağıyev bildirib ki, toplantının Zakarpatiyanın mərkəzi şəhərlərindən birində keçirilməsi təsadüfi deyil: “Zakarpatya onilliklər boyu bizim üçün regionda millətlərarası sülhün və həmrəyliyin Ukraynada etalonu sayılır. Son vaxtlar bura ilə bağlı gedən proseslərə baxmayaraq burada bu həmrəylik həmişə qorunmalıdır və qorunacaq. Əminəm ki, burada iştirak edən xalqların nümayəndələri də bu həmrəyliyin qorunmasının tərəfdarıdırlar. Şəhər meri Viktor Pogorelov çıxışında, Zakarpatya şəhərində yaşayan xalqların qardaşlıq münasibətlərinin inkişafına böyük diqqət yetirib. Zakarpatye vilayət administrasiyasının Milli və dini məsələlər üzrə idarəsinin rəisi Andrey Salay Ukrayna dövlətinin etnik siyasət sahəsində konkret təkliflərlə çıxış edib. O "Ukraynada etnik siyasətinin əsasları haqqında" qanunun hazırlanmasının vacib sayıb. Çıxış edən Yevgeni Zupa və Nikolay Bobines, Ildika Oros, Arkadiy Monastırskiy, Rusiya mədəniyyət cəmiyyətinin sədri Tatyana Romanova, "Xesed Shpira" Yəhudi xeyriyyə fondunun direktoru Mixail Qalin və bir çox başqaları etnik xalqlar arasında dialoqun inkişaf etdirilməsindən danışıblar. Müzakirələrdə Zakarpatiya yeparxiyaları , Ukrayna pravoslav kilsəsinin nümayəndələri və müsəlman dini icmasının nümayəndələri də qatılıblar.
Sonda qəbul olunan təkliflər Ukrayna prezidentinə, Ali Radaya və Nazirlər Kabinetinə göndərilib. Daha sonra mədəniyyət nümayəndələrinin iştirakı ilə aksiya da keçirilib.






