İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcması: "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurumu tanımırıq

16837 20.09.2022 12:15 Siyasət A A

Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif paylaşımlar edilməsinə münasibət bildirib.

Musavat.com-un xəbərinə görə, Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb.

"Son zamanlar "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması "Göyçə-Zəngəzur Respublikası" adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər", - bəyanatda deyilir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR