QƏRB ZİYA MƏMMƏDOVUN NEFT BİZNESİNİ ARAŞDIRIR
Britaniyalı jurnalistlərdən biri bu barədə həm Xəzər bölgəsində enerji məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Qərb ekspertlərinə, həm Azərbaycandakı qurumlara sorğular göndəriblər. Britaniyalı jurnalist Nik Stradi Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya göndərdiyi məktubda yazır ki, onu “Bahar Energu Limited” və bu şirkətin sahibi olan “Baglan Group”, həmçinin şirkətin hasilat apardığı yataqlar barədə məlumatlar maraqlandırır.
Digər sorğu isə ərəb ölkələri, Türkiyə və İranda fəaliyyət göstərən şirkətlər üçün risk analizləri hazırlayan və bazar araşdırmaları aparan “Dunlin Consultants” şirkətinin ekspertindən göndərilib. Şirkətin eksperti Burhan Zəfər yazıb ki, apardığı araşdırmalar əsasında “Baglan Group”un yaratdığı “Bahar Energy”nin ortağının Əmir Mahmud Zade olduğunu öyrənib. O, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. “Baglan Group”un digər ortağı isə nəqliyyat nazirinin adamı kimi tanınan “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovdur. B.Zəfər M.Qəhrəmanlıdan xahiş edir ki, “Baglan Group” və onun sahiblərindən sayılan H.Məmmədov və ərəb ortağı barəsində məlumatlar versin.
Bu məlumatlardan da göründüyü kimi, Azərbaycanın ən iri oliqarxlarından birinin neft hasilatı biznesinə girməsi Qərb çevrələrinin diqqətini çəkib. Qərb çevrələri, Avropa mediası ilk dəfədir ki, Z.Məmmədovun ailə biznesi barədə bu cür maraqlanırlar və ehtimal etmək olar ki, həmin araşdırmaların yekunu olaraq Qərb mediasında məqalələr dərc olunacaq. Araşdırmaların nəticələrinin Avropanın Azərbaycana dair siyasətini müəyyənləşdirən qurumların da maraqlandırdığı istisna deyil. Ötən saylarında “Yeni Musavat” da “Bahar Energy Limited” şirkəti və onun payçıları barədə araşdırmaları dərc edib. Xatırladaq ki, “Bahar Energy Limited” hər üçü Dubayın Cəbəl Əli Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş “Greenfields Petroleum Corporation”, “Rafi Oil FZE” və “Baglan Group Limited” tərəfindən təsis olunub. Əvvəlcə “Baglan Group”un bu ortaqlıqda payı 33.34 faiz təşkil edirdi. Lakin bugünlərdə “Baglan Group” “Bahar Energy”nin barəsində heç kimin heç nə bilmədiyi digər ortağı “Rafi Oil FZE”nin 33.33 fazi payını 150 milyon dollara alıb və iki neft-qaz yatağındakı payını 66.67 faizə çatdırıb. Amerika şirkəti kimi təqdim olunan və ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “Greenfields Petroleum Corporation”un payı isə dəyişməz qalıb.
Payını “Baglan Gropu”a 150 milyona satan “Rafi Oil FZE”nin barəsində nə “Bahar” və “Qum-Dəniz” yataqlarının işlənməsinə dair müqavilə imzalananda, nə də bu müqavilə parlamentdə müzakirəyə çıxarılanda heç kim ictimaiyyətə məlumat vermədi. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi də şirkətin sahibləri barədə heç bir məlumat əldə edə bilməmişdi. Şirkətin Bakı ofisinin də olduğu bildirilirdi, ancaq məlum olmuşdu ki, ofisin ünvanı və internet axtarış saytlarında yer alan telefonları saxtadır. Həmçinin şirkətin rafi-fz.com kimi göstərilən saytı mövcud deyil. Qeyd edək ki, “Bahar” və “Qum-dəniz” yataqlarının işlənməsi layihəsinin hazırlanması proqramı 22 iyun 2011-ci ildə ARDNŞ tərəfindən təsdiqlənib və 1-ci faza çərçivəsində qarşıdan gələn 4 il ərzində 58 yeni quyunun qazılmasını və 101 mövcud quyunun təmir edilməsi layihəsinin icra edilməsini nəzərdə tutur. Bundan başqa, işlərin həcminə 6 yeni platformanın inşa edilməsi və quraşdırılması, 8 mövcud platformanın təmiri və müasirləşdirilməsi daxildir.
“Qum Dəniz” yatağı 1955-ci ildən istismar olunur və Bakıdan 21 km cənub-şərqdə yerləşir. İndiyə qədər yataqdan 30 milyon ton neft, 28 milyard kubametr qaz istehsal olunub. “Bahar” yatağına gəlincə isə bu yataq 1969-cu ildən istismar olunur və Bakıdan 40 km cənub-şərqdə yerləşir. İndiyə qədər bu yataqdan 17 milyon ton neft, 129 milyard kubametr qaz istehsal olunub. Hazırda “Bahar”da 25 mlrd. kubmetr həcmində qaz ehtiyatlarının olduğu proqnozlaşdırılır.