“QƏRB SEÇKİLƏRƏ MÜDAXİLƏ EDƏCƏKSƏ, XALQ BUNU PİSLƏYƏCƏK”
Heç bir ölkədə xarici qüvvələrin köməyi ilə insanlar xoşbəxtlik görməyiblər, bunu əldə edə bilməyiblər. Xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gətirilənlər nə özləri xoşbəxt ola biliblər, nə də xalqı xoşbəxt ediblər. Hər bir təşkilatın müxtəlif fikirləri ola bilər və buna hörmətlə yanaşmaq lazımdır. Amma seçki elə bir məsələdir ki, onun taleyini həll edəcək yeganə subyekt xalqdır. Xalqın iradəsindən kənar hər hansı bir seçki prosesi nə xalqa, nə seçki prosesində iştirak edənlərə uğur gətirə bilər”.
Qırğızıstan hadisələrini nümunə kimi göstərən Ə.Əhmədov bildirdi ki, bu ölkədə baş verənlər xalqın iradəsinə söykənməyən hakimiyyətin uzunömürlü olmasının mümkünsüzlüyünün sübutudur. Azərbaycanda bu cür hadisələrin baş verəcəyinə zəmin yoxdur. Azərbaycanda ona görə sabitlik mövcuddur ki, hakimiyyət xarici reseptlərlə yox, xalqın istəyi ilə formalaşıb. 2010-cu ilin payızında keçiriləcək parlament seçkilərində xarici qüvvələr təzyiqlərə cəhd edəcəklərsə, Azərbaycan xalqı bunu pisləyəcək. Biz inanırıq ki, xalqımız bu cür cəhdlərə qarşı çıxacaq. Heç bir ölkədə xarici qüvvələrin dəstəyi ilə yaranan hakimiyyət xalqa firavanlıq verə bilməz".
YAP-çı deputat seçki komissiyalarının paritet əsasda formalaşdırılması tələblərinə də münasibət bildirdi. Onun sözlərinə görə, bəzən belə təəssürat yaranır ki, Azərbaycandan kənarda olan bəzi təşkilatlar seçki komissiyalarının formatını dəyişməklə hansısa layihələrini və niyyətlərini həyata keçirmək istəyirlər.
Seçki komissiyalarının indiki formatının 2000-ci ildə ATƏT-in verdiyi təkliflər əsasında formalaşdığını deyən Ə.Əhmədov bildirdi ki, ATƏT iqtidar, müxalifət nümayəndələri və bitərəflərdən ibarət seçki komissiyalarının yaradılması təklifini irəli sürüb. Hakimiyyət də bunu qəbul eləyib: “İndiyədək keçirilən seçkilərdə bu format özünü doğruldub. İstəməzdik ki, Azərbaycan hansısa təşkilatların, qüvvələrin maraqlarına xidmət edən poliqona, yeniliklərin sınanma meydanına çevrilsin.
Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. Onları Milli Məclis seçir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Bu formatda seçki komissiyaları normal demokratik seçkilər keçirməyə imkan verir".
YAP sədrinin müavini qeyd etdi ki, hazırkı format tətbiq olunmamışdan əvvəl seçki komissiyalarının paritet əsaslarda təşkil olunmasına cəhd göstərilib. Lakin müxalifət bundan yararlanıb seçkiləri pozmağa çalışıb: “Seçkilərin pozulması təhlükəsi yaranmışdı. Biz indiki formatı öz istəyimizlə, yaxud kiminsə istəyi ilə qəbul etməmişik. Şərait bu formatı qəbul etməyə gətirdi. İndi bunu dəyişdirməyə, seçki komissiyalarını hansısa məqsədlərə uyğun formalaşdırmağa ehtiyac görmürəm. Seçki komissiyaları seçkilərin taleyini həll edən orqan deyil. Komissiyalar, sadəcə, namizədlərə, partiyalara verilən səsləri qeydə alır”.