İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qərb sanksiyalar tətbiq edir, amma Rusiya iqtisadiyyatı irəli gedir..." - Maliyyə naziri

717 27.02.2024 21:50 Dünya A A

"Qərb sanksiyalar tətbiq edir, amma Rusiya karvanı öz yolu ilə gedir, iqtisadiyyat artır".

Musavat.com xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov ABŞ-ın yeni sanksiyalarını şərh edərkən deyib: "Əgər biz məsuliyyətli makroiqtisadi siyasət aparsaq, o zaman sanksiyalar minimal əhəmiyyət kəsb edəcək". 

O əlavə edib ki, ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya ötürmək istəyi kökündən yanlışdır: "Qərb həmkarlar yalnız özləri üçün vəziyyəti daha da pisləşdirəcəklər. İndi problemləri gərginləşdirmək lazım deyil, vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır". 

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Jeannette Yellen Rusiya Federasiyasının dondurulmuş 285 milyard dollarlıq aktivlərini istifadəyə vermək üçün təcili olaraq bir yol tapmağa çağırıb.

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR