Avropa İttifaqı (Aİ) ABŞ, Böyük Britaniya və Kanada ilə birlikdə Rusiya Mərkəzi Bankının aktivlərini donduracaq.
“Report” istinadən xəbər verir ki, bu barədə Avropa Komisiyasının prezidenti Ursula fon der Leyen danışıb.
“Biz Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarından sanksiyalarımızın effektivliyinə təsir etməsinə mane olmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə razılaşdıq. Biz çalışacağıq ki, rus oliqarxları öz maliyyə aktivlərindən bizim bazarlarımızda istifadə etməsinlər”, - o vurğulayıb.






