İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb Rusiya ilə mümkün müharibəyə hazırlaşmalıdır” – Almaniyanın müdafiə naziri

446 23.01.2024 10:42 Dünya A A

Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Qərb ölkələri yaxın 3-5 il ərzində Rusiya ilə mümkün müharibəyə hazırlaşmalıdırlar.

Musavat.com xəbər verir ki, bu barədə o, ZDF telekanalının efirində danışıb:

“Hərbi ekspertlər Rusiyanın hərbi əməliyyatlara başlaya bilməsi üçün bir neçə il lazım olacağından çıxış edirlər. Bu, yalnız təxmindir, heç kim dəqiq bilmir. Biz bu müddətdən - yaxın 3-5 ildən intensiv şəkildə silahlanmaq üçün istifadə etməliyik”.

Nazir qeyd edib ki, söhbət hər hansı konkret hücuma hazırlaşmaqdan deyil, “nə vaxt baş verib-verməyəcəyi bilinməyən” təhlükəni dəf etməyə hazırlaşmaqdan gedir: “Belə olan halda, bu o deməkdir ki, siz tam silahlanmalısınız və biz NATO müttəfiqlərimizlə birlikdə bunu edirik”.

Boris Pistorius Bundesver briqadasının Litvada planlaşdırılan yerləşdirilməsini bununla izah edib. O vurğulayıb ki, briqada 2027-ci ilədək tam döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR