Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp 1 ay ərzndə Avropa ilə hava sərnişin nəqliyyatının kəsilməsi barədə sərəncam imzalayıb.
Lakin maraqlıdır ki, Qərb mətbuatı bu xəbərləri Türkiyədən çəkilən fotoşəkillərlə verir.
Bilindiyi üzrə, ABŞ-ın bu qadağası Türkiyədən gələn insanlara şamil edilmir.
Türkiyə mediasında bu məsələ geniş əks-səda doğurub.
Məsələn, dünən “The New York Times” qəzeti “Tramp Avropa səfərlərini 30 gün müddətinə təxirə saldı” başlığı ilə verdiyi informasiyada Türkiyədən çəkilən iki fotodan istifadə edib.
Şəkillərdən biri İstanbuldakı “Kılıç Ali Paşa” məscidində həyata keçirlən sterilizasiya işlərini əks etdirib. Türk bayraqlarının əks olunduğu digər fotoda isə Taksim meydanından mənzərələr təsvir olunub.
Bu gün Böyük Britaniyanın BBC saytı da eyni qalmaqala imza atıb. Xəbər Kanadanın baş naziri Castin Trüdonun xanımı Sofi Qrequar Trüdonun koronavirusa yaxalanması barədə olsa da, BBC canlı yayımda yenə də heç dəxli olmadan Türkiyədən çəkilən fotomateriallardan istifadə edib.
Bununla Qərb mətbuatı sanki amerikalılara Türkiyəyə də eyni yasağın gətirilməsini təlqin etdirmək istədiyi görüşntüsünü verir.
Bu cür çirkli kampaniya Türkiyədə sərt təpkilərə səbəb olub. Ölkənin Sənaye və texnologiyalar naziri Mustafa Varank tvitterdəki hesabında Qərb mediasında Türkiyəyə qarşı bu cür nifrət zehniyyətinin koronavirus kimi karantinə alınmasının lazım olduğunu yazıb.
Türkiyə prezidentinin müşaviri Gülnur Aybet isə Avropaya qadağa gətirilməsi barədə gedən xəbərlərdə Türkiyə fotolarının yer almasının təsadüfi olmadığını bildirib. “Nə hikmətsə belə durumlarda birdən-birə avroplıya çevrilirik”,-deyə Gülnur Aybet yazıb.
Musavat.com






