İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb diplomatları Rusiya qarşısında dəstək üçün Bakıya gəlirlər

2361 09.11.2013 14:23 Siyasət A A
Polşa və İsveçin XİN rəsmiləri Azərbaycanın Vilnüs sammitində iştirakı məsələsini müzakirə etmək üçün noyabrın 20-də Bakıya səfər edəcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə Avropa.info-ya açılamasında, Polşanın Azərbaycandakı səfiri Mixail Labenda deyib. Onun sözlərinə görə, səfər zamanı Qrəb diplomatları keçirəcəkləri görüşlərdə, Azərbaycanın noyabrın sonunda Vilnüsdə keçiriləcək Avropa Birliyinin Şərq Tərəfdaşlığına üzv ölkələrin dövlət başçılarınən Zirvə görüşündə iştirakı və sammitdə imzalanacaq sənədlər məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, son günlər Rusiyanın Azərbaycana təzyiqlərinin artdığı bir zamanda Qərb diplomatlarının Şərq Tərəfdaşlıq Proqramını müzakirə etmək üçün Bakıya gəlişi çox maraqlıdır. 

Ekspertlər hesab edir ki, Rusiyanın təzyiqi Azərbaycanın Gömrük İttifaqına deyil, məhz Şərq Tərəfdaşlıq Proqramına qoşulması ilə bağlıdır. Belə bir dönəmdə Qərb diplomatlarının Vilnüs sammitini müzakirə etmək üçün Bakıya gəlmələri Azərbaycana Rusiyanın təzyiqlərinə qarşı dəstək kimi qiymətləndirilə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR