İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərargah rəisi: "Yanğın olan əraziyə 17 yanğınsöndürən maşını cəlb olunub, xəsarət alan yoxdur"

716 14.12.2019 19:43 Son xəbər A A

“3-cü mikrorayon bazarı"nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib”.

APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR