İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qənirə xanım güldü, "Allah nə yazıbsa, o olacaq" dedi..."

1928 26.09.2023 15:45 Gündəm A A

“10 il bundan öncə “Ağla mənim üçün, bu şəhər və sən” layihəsini Qənirə xanımın arzusu ilə hazırlayanda ona "niyə belə yazırsan, niyə "əlvida" deyirsən, bacım" söylədim. Axı düşər-düşməzi olar… Bəzən dinlədiyimiz, ifa etdiyimiz nəğmələr həyatımızı da özünə bənzədir sanki… "Yazma belə" dedim ona. Güldü “ay bacı, Allah nə yazıbsa, o da olacaq” dedi...”

Musavat.com xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova hazırda koma vəziyyətində olan millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə bağlı paylaşımında qeyd edib.

“İndi biz də Allaha dua edirik. Nə olar, sənə rəhm eləsin, səni Tehran anaya bağışlasın. Vaxtından öncə söylədiyin bu əlvida yalan olsun. Qayıt, yerinə qoy bütün yarım qalanları… Qayıt, gözləri yol çəkən ananın gözlərini yoldan yığ. Qayıt, çarəsiz, boynubükük qoyduğun bacını, qardaşını dərddən qurtar. Qayıt, sənin üçün ağlar qalan evinə-eşiyinə dön. Sənin üçün körpətək ağlayan dostlarına qayıt” – deyə, əməkdar artist qeyd edib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR