İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanın təklifi Trabzonun bələdiyyə başqanı tərəfindən dəstəklənib

608 03.05.2016 11:18 Son xəbər A A

Türkiyənin Trabzon vilayətində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Trabzon bələdiyyə başçısı  Orhan Fevzi Gümrükçüoğlu ilə görüşüb. Trabzon  bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq.  Trabzon bələdiyyə başqanına  təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim  Trabzonun da  Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda  Trabzon  mərkəzi parklardan birinə ” Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə isə Azərbaycan adının veriləcəyinə inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət vəkili Q. Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar.  Azərbaycanı çox sevdiyini deyən Trabzon bələdiyyə başqanı Orhan Fevzi Gümrükçüoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Trabzon bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın  Trabzonda Azərbaycan küçəsi, Qarabağ parkı və  Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Trabzon bələdiyyə başçısına  müəllifi  olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan  Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Trabzonun da  yer alacağını bildirib: “Azərbaycan insanına  Trabzonu daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.  Trabzon bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Trabzon bələdiyyə başkanı Orhan Fevzi Gümrükçüoğlu  dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına və bələdiyyə məclis üzvlərinə  həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni  imzalı hədiyyə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR