İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevadan böyrək köçürmə əməliyyatları ilə bağlı mühüm təklif

2638 30.09.2013 16:08 Ölkə A A
Deputat Qənirə Paşayeva parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib ki, bu gün xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dialezə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir. Prezident İlham Əliyevin tapşırığı əsasında regionlarda yüksək standartlara uyğun dialez mərkəzlərinin tikilərək istifadəyə verildiyini deyən Qənirə Paşayeva deyib ki, bu, xəstələrin bölgələrdən, kəndlərdən gəlib Bakıda dialez keçmələrində yaranan ciddi problemləri aradan qaldırdı: “O insanlar hər həftə 2-3 dəfə Bakıya gəlməli və prosedur bitdikdən sonra bir çox çətinliklərlə evlərinə dönmək məcburiyyətində idilər. Bəzilərinin Bakıda qalacaq yeri yox idi, bəziləri isə bölgələrdən gəlmək üçün çətinliklərlə üzləşirdilər”. 

Deputat deyib ki, uzun illər dialezlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrək köçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir dialezli xəstənin pulsuz dialez ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrək köçürmə əməliyyatı xərcləri 1 illik dialez xərclərindən daha ucuzdur. Nəzərə alsaq ki, dialez xəstələri illərlə dialezlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrək köçürmə əməliyyatının həyata keçirilməsi həm xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər. Millət vəkili Qənirə Paşayeva təklif edib ki, 2011-2015-ci illərdə xroniki böyrək xəstələrə dəstəklə bağlı proqramda böyrək köçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın. Daha doğrusu, onların illərlə dialezinə yönləndirilən vəsaitin bir hissəsi ilə bu proses həyata keçsin. Xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR