İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva: “Xarici güclər, 5-ci kolon nümayəndələri inamsızlığı artırmaqla Azərbaycana zərər vurmaq istəyirlər” VİDEO

853 29.06.2020 13:57 Sosial A A

Son dövrlərdə pandemiya ölkəmizdə kritik həddə çatmaq üzrədir. Yoluxma hallarının kəskin artması, müraciətlərin çoxalması vətəndaşlara normal tibbi xidmət verilməsi sahəsində də problemlər yaradır.

Nəticədə isə insanların bir qismi evdə müalicə almaq məcburiyyətində qalırlar. Lakin hələ də, karantin qaydalarına laqeyd yanaşanlar var. Belə bir məqamda cəmiyyəti maarifləndirmək üçün, xalq arasında nüfuz sahibi olan ictimai xadimlərin, ziyalıların sözünə ehtiyacı var.

Musavat.com olaraq, bu mövzuda Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva ilə həmsöhbət olduq. O da öz növbəsində vətəndaşlara məsuliyyətli olmağı, qaydalara əməl etməyi, COVİD-19 təhlükəsinə ciddi yanaşmağı tövsiyə edib. Deputat əlavə edib ki, sosial şəbəkədə virusla bağlı inamsızlığa çağıran məlumatların arxasında xarici güclərin olduğuna inanır.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Nərgiz LİFTİYEVA,
Məğrur SALMANOV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR