İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının deputatı ilə görüşüb

106 10.04.2023 21:30 Son xəbər A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının deputatı, Xalq şairi, Dövlət mükafatı laureatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rkail Zəydulla ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş respublikalarımız arasında ədəbi-mədəni əlaqələr, habelə digər əməli fəaliyyət sahələri üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva sədri olduğu Komitəsinin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda gerçəkləşən silsilə tədbirlərdə iştirak etdiyi üçün R.Zəydullaya təşəkkür edib, qardaş Tatarıstanın yazarlarına, aydınlarına salam-sayğılarını yetirib, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva, R.zəydullanın ilk dəfə ötən ilin payızında Azərbaycana səfər etdiyini və ötən 6 ay içində ədəbi-mədəni əməkdaşlıq sahəsində ciddi məsafə qət edildiyini məmnunluqla vurğulayıb.

Komitə sədri R.Zəydullanı “Ağ yapıncılı qoca” adlı hekayələr kitabının və hər iki deputatın məsləhətçisi olduğu “Çağdaş tatar hekayələri antologiyası”nın gün üzü görməsi münasibəti ilə onu təbrik edib.

Komitə sədri Azərbaycan Respublikasında “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilmiş və həyata keçirilməsi planlaşdırılan ədəbiyyat-mədəniyyət layihələrindən söz açıb, bu il çərçivəsində və gələcəkdə ortaq layihələr icra etmək yönündə təkliflərini səsləndirib.

Xalq şairi R.Zəydulla qonaqpərvərliyə, ətraflı fikir mübadiləsinə görə Q.Paşayevaya, onun timsalında MM Mədəniyyət Komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı yazarlara, könül dostlarına təşəkkür edərək, Azərbaycana səfərdən məmnunluğunu bildirib.

Q.Paşayeva hörmətli qonağa xatirə hədiyyəsi bağışlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR