İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Özbəkistanda bir sıra tədbirlərə qatılıb, soydaşlarımızla görüşüb- FOTOLAR

549 17.04.2022 17:02 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Daşkənddə ömrünün 50 ilini Özbəkistanda Azərbaycan rəqs mədəniyyətinin təbliğinə həsr edən Kaykep Əliyevanın xatirə barelyefinin açılışında, bu ölkədə fəaliyyət göstərmiş böyük azərbaycanlı şəxsiyyətlərlə bağlı filmlərin çəkilişində iştirak edib və bu şəhərdə yaşayan soydaşlarımızla görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Nəfəs İB-nin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansablının rəhbəri olmuş, tanınmış rəqqasə, ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kaykep Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışında çıxış edib.
Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışaraq, 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini, rəqslərini geniş təbliğ etmiş, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədən Kaykep xanımın xidmətlərini xüsusi vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib. Kaykep Əliyevanı yaxından tanıdığını deyən Q.Paşayeva onunla bağlı xatirələrini də paylaşıb və ömrünü Azərbaycan rəqs mədəniyyətinin təbliğinə və iki qardaş ölkə arasında münasibətlərin inkişafına həsr edən Kaykep xanımın həyat yolunun gənc nəsillər üçün örnək olduğunu bildirib.
Açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva Özbəkistanda yaşamış azərbaycanlı tanınmış rəssam, Özbəkistanda kino və teatr sahəsində rəssam kimi böyük xidmətləri olmuş Yusif Hüseynovun yaşadığı binanı da ziyarət edib, MM-nin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə tanınmış rəssam haqqında hazırlanan film və proqramın çəkilişlərində iştirak edib. Q. Paşayeva tanınmış rəssamın həyatı, yaradıcılığı barədə danışıb. Binanın önündə dəyərli rəssamın xatirəsinə vurulmuş löhvə önündə bina sakinləri ilə də söhbət edən Qənirə Paşayeva azərbaycanlı rəssama verdikləri böyük dəyərə görə onlara təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva daha sonra Özbəkistanda yaşamış tanınmış şair, ziyalı İxtiyar Rzanın yaşadığı binanı ziyarət edib, ailə üzvləri ilə görüşüb. Milli Məclisin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə tanınmış şair və ictimai xadim İxtiyar Rza ilə bağlı hazırlanan film və proqramın çəkilişlərində də iştirak edən Q. Paşayeva böyük şairin həyatı, yaradıcılığı, iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri barədə danışıb. Binanın önündə dəyərli şairin xatirəsinə vurulmuş löhvə önündə bina sakinləri ilə də söhbət edən Qənirə Paşayeva azərbaycanlı şairə verdikləri böyük dəyərə görə onlara təşəkkürünü bildirib.

Komitəsinin sədri səfər zamanı Özbəkistanda fəaliyyət göstərən "Azərbaycan qızları" rəqs ansamblının kollektivi ilə də görüşüb. Onlara Azərbaycan rəqs mədəniyyətinin qardaş Özbəkistanda geniş təbliği istiqamətində önəmli fəaliyyətlərindən dolayı təşəkkürünü bildirən və qazandıqları uğurlar münasibəti ilə təbrik edən Q.Paşayeva bu gözəl işlərinizdə hər zaman yanınızdayıq deyib.
Komitə sədri Q.Paşayeva eyni zamanda qardaş ölkədə fəaliyyət göstərən səfirliyimizi də ziyarət edib, fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Quliyevlə görüşüb. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri səfir Hüseyn Quliyevlə geniş fikir mübadiləsi zamanı iki qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində bundan sonra da hər zaman fəal dəstəyə hazır olduqlarını bildiriblər.
Millət vəkili ziyarət və görüşlər zamanı Daşkənddə yaşayan bir qrup azərbaycanlı soydaşlarımızla görüşüb, fikir mübadiləsi aparılıb. Q.Paşayeva iki qardaş ölkə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında qardaş ölkədə yaşayan soydaşlarımızın hər zaman fəal rol oynadığını vurğulayaraq onlara fəaliyyətlərində uğurlar diləyib. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri soydaşlarımızı maraqlandıran sualları da cavablandırıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR