Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevə bildirib ki, Marin Le Penin tərəfdarlarının çoxalması Fransada radikalları artmasının göstəricisidir.
Musavat.com-un məlumatına görə, Q.Paşayeva bu barədə facebook sosial şəbəkəsində yazıb.
"Fransada seçkilərlə bağlı proqramı izləyirəm. Marin Le Penin və partiyasının bu qədər güclənməsi təkcə Avropaya deyil, bütün dünyaya mesajdır. Fransada radikallar güclənir. Əsliində Avropanın əksər ölkələrində... Avropada müsəlmanlara o cümlədən türklərə qarşı aqressiv mövqedə olanların güclənməsi təssüf doğurmaqla yanaşı cidddi narahatlıq da doğurur. Bütün Avropa və dünya üçün yaxşı heç nə verməyəcək gərginlik artacaq..."






