ABŞ-nın Kaliforniya ştatının Los Ancelos şəhərində bu il 4-cü Anadolu Mədəniyyətləri və Yemək Festivalında (Anatolian Cultures and Food Festival) iştirak edən millət vəkili Qənirə Paşayeva növbəti festival çərçivəsində bu önəmli tədbirdə gələcəkdə bütün türk xalqlarının təmsil olunmasının önəm və vacibliyini xüsusi vurğulayıb. Türk mədəniyyətinin təbliği və daha da yaxından tanıdılmasında rol oynayan və on minlərlə Amerikalının iştirak etdiyi bu cür festivalların ABŞ-da keçirilməsinin önəmini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bu kimi tədbirlərin çoxalmasının vacibliyini də qeyd edib. Millət vəkili Qənirə Paşayeva festival çərçivəsində Kaliforniyada fəaliyyət göstərən türk diaspor təşkilatları ilə də görüşüb. Millət vəkili Qənirə Paşayeva görüş zamanı bildririb ki, dünyanın hər yerində, o cümlədən Kaliforniyada, ABŞ-da yaşayan türk kökənli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. Millət vəkili Qənirə Paşayeva ABŞ-da fəaliyyət göstərən türk diaspor təşkilatlarının Azərbaycan, Türkiyə və ya digər türk dövlət və toplumlarından gəlməsinə baxmayaraq koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi diqqətə çatdırıb. Türk diasporunun rəhbərləri ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar bu istiqamətdə gördükləri və planlaşdırdıqları işlər barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndirib. Qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva türk diasporunun rəhbərlərinə Azərbaycan həqiqətlərinə dair materialları hədiyyə edib.
Festivalda “Çağ” Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən, Gaye Vəqfi başqanı, Dialog Avrasiya Platformu və Dərgisinin Azərbaycan təmsilçisi Mustafa Saatci və Azərbaycanın bir sıra ziyalılar, elm adamları və iş adamları da iştirak ediblər.






