İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva ipoteka kreditlərinin həcmini artırmağa, şərtlərini yumşaltmağa çağırdı

1492 13.11.2013 13:59 İqtisadiyyat A A
Deputat Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında  hökumət üzvlərini gələn ilin büdcəsində ipoteka kreditləri üçün ayrılan vəsaitinin artırılmasına və şərtlərin yumşaldılmasına çağırıb.  O, ipoteka kreditlərinin həcminin artmasına və şərtlərinin yumşaldılmasına böyük ehtiyac olduğunu deyib. Minlərlə ailənin mənzil problemindən əziyyət çəkdiyini deyən Qənirə Paşayeva 2014-cü ilin dövlət büdcəsində ipoteka kreditlərinin həcminin daha artırılmasına və şərtlərinin yumşaldılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

Deputat ölkəmizin ipoteka kreditlərinin həcmini artırmaq üçün imkanları olduğunu qeyd edib.  “Nə qədər gənc ailələrdə mənzil məsələsinə  görə problem yaranır. Xahiş edirəm ki, hökumət bu məsələyə xüsusi diqqət ayırsın. Bu gün minlərlə ailə mənzil problemindən əziyyət çəkir, ipoteka kreditlərinin həcminin artmasına və şərtlərin yumşaldilmasına böyük ehtiyac var . Nəzərə almalıyıq ki, yüzlərlə ailənin, hətta orta əmək haqqı alan ailələr belə öz mənzil problemlərini həll etmək üçün ipotekaya böyük ümidlər bəsləyir. Ona görə də sosial ipotekanın daha da genişlənməsinə həddindən artıq böyük ehtiyac var.”

Qənirə Paşayeva eyni zamanda çıxışı zamanı ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I qrup əlillərin təhsil haqqından azad edilməsini də təklif edib. Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən deputat dövlət ali məktəblərinə ödənişli əsaslarla daxil olan I qrup əlillərin təhsil haqqından azad edilməsinin yaxşı addım ola biləcəyini deyib: “Topladığı balla ödənişli əsaslarla Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakultəsinə daxil olan gözdən I qrup əlil Anar Nəbiyev 1800 manat məbləğində olan vəsaiti ödəmək iqtidarında olmadığı üçün ali təhsildən kənarda qala bilərdi və onun təhsil haqqının ödənilməsinə dəstək vermək məqsədilə mən müəyyən qurumlara müraciət etdim ki, belə bir dəyərli gəncimiz ali təhsildən kənarda qalmasın. Amma o, bütün təhsil alacağı illər üçün hər il bu qədər vəsaiti ödəmək məcburiyyətindədir ki, ailənin də buna heç bir imkanları yoxdur.  Anar Nəbiyev hər iki gözünün görməməsinə baxmayaraq, idmanla məşğul olub, beynəlxalq səviyyəli şahmat yarışlarının qalibi olub. Bu cür istedadlı, lakin sağlamlıq imkanları məhdud olan insanların ali təhsil müəssisələrində ödənişli təhsildən tamam azad edilməsinə böyük ehtiyac var. Bu ali təhsil müəssisələrinə üz tutan əlil gənclərimizin əsas poblemi olan ödəniş problemini həll etməklə yanaşı yüzlərlə əlil gəncimizin ali təhsilə meyilliyinin artmasına və demək, gələcəyinin təminatına, inkişaflarına, həyata daha çox sarılmalarına önəmli dərəcədə təsir edərdi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR