İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Əməkdar jurnalist Azər Ayxanı 50 illik yubileyi münasibəti ilə təbrik edib FOTO

1479 20.05.2022 14:49 Media A A

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Əməkdar jurnalist Azər Ayxanı 50 illik yubileyi münasibəti ilə təbrik edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Azər Ayxanla görüşüb, onu 50 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşərək, Komitə adından Təbrik məktubu təqdim edib:

“Hörmətli Azər bəy, Sizi 50 illik əlamətdar yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Sizin yarım əsrlik ömrünüzün 31 ili peşəkar jurnalistika ilə, mətbu fəaliyyətlə bağlıdır. Siz yazılı mediaya 19 yaşında gəlmiş, “Yeni Müsavat”, “7 Gün” və b. qəzetlərdə çalışmış, dövrün ictimai-siyasi həyatının, necə deyərlər, səlnaməçilərindən olmusuz.
Hazırda, ölkəmizin və bütün Qafqazın, Türk dünyasının nüfuzlu müstəqil media orqanlarından olan “Yeni Müsavat” Media Qrupu rəhbərinin müavini, “Yeni Müsavat” qəzetinin baş redaktorusuz.

“Yeni Müsavat” mədəniyyət sahəsində dövlət siyasətinin uğurlarına, mədəni irsə, türk ölkə və topluluqları ilə mədəniyyət sahəsində əmək­daşlığa xüsusi yer ayıran dəyərli media orqanlarımızdandır.

Siz Prezident İlham Əliyevin 22.07.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinizə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş, eləcə də, Ali Media Mükafatı başda olmaqla, bir sıra nüfuzlu ictimai media təltifləri almısız.

Sizi bütün uğurlarınız və 50 illik əlamətdar yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva Əməkdar jurnalistə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

A.Ayxan Komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR