İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva AŞPA-da ermənilərin qətlə yetirdiyi jurnalistlərimizdən danışıb

891 29.01.2015 18:12 Media A A
Millət vəkili Qənirə Paşayeva AŞPA-da ermənilərin qətlə yetirdiyi jurnalistlərimizdən danışıb və qatillərin ədalət qarşıısnda cavab verməsi üçün qurumu addımlar atmağa çağırıb. 

Bu gün AŞPA-da “Avropada mediya azadlığının qorunması” adlı məruzəçi Gvozden Srecko Flegonun hazırladığı məruzə ətrafında geniş müzakirələr olub. Müzakirələrdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. 

O, deyib: “Mən millət vəkili olmaqdan əvvəl uzun illər jurnalist işləmiş və bir sıra münaqişə bölgələrində fəaliyyət göstərmiş  jurnalist  olaraq  ilk öncə mərizəçinin məruzəsində münaqişə zonalarında fəaliyyət  göstərən jurnalistlərə hucumları pisləməsini dəstəkləyərək   hesab  edirəm ki,  bu məsələyə xüsusi diqqət göstərməliyik. Ermənistanın  Azərbaycan torpaqlarını işğalı zamanı münaqişə zonasında olan və ya  işləyən jurnalist dostlarımızı itirən bir şəxs kimi bunun nə qədər vacib olduğunu bildirmək istəyirəm. Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayev, Osman Mirzəyev və bir çox  jurnalistlər məhz jurnalist fəaliyyətini yerinə yetirərəkən Ermənistan Silahlıları, erməni silahlıları tərəfindən  qətlə  yetirilmişdilər  və bu günə qədər onları qətlə yetirənlər ədalət qarşısında cavab verməyiblər və hələ də  Ermənistanda rahat gəzirlər. Bu jurnalistlər Ermənistanın işğal etdiyi Azərbaycan bölgələrində Ermənistan  Silahlıları  dinc insanılara qarşı törətdiyi cinayətləri, yüzminlərlə insanın öz evindən köçkün salınmasını dünyaya yaydıqları üçün Ermənistan Silahlıları tətəfindən  məqsədli  şəkildə qətlə yetirilmişdilər. Mən  Assambleyamızı və  məruzəçini bu məsələyə də diqqət ayırmağa çağırıram”.  

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda mətbuat və mediya azadlığı sahəsində görülən işlərdən də danışıb. O, deyib: “Azərbaycan müstəqilliyini 24 il əvvəl təkrar qazanmış və demokratik dövlət quruculuğu yolunu tutmuş  bir  ölkədir. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan torpaqlarını işğalı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün problemləri səbəbindən  bu mövzuya lazımi qədər diqqət ayırmağı mümkünsüz etsə də 20 ildən artıqdır ki,  mətbuat və mediya azadlığına böyük önəm verilir və bu istiqamətdə çox saylı işlər görülüb və islahatlar aparılmaqda davam edir. Azərbaycanda mətbuat və mediya azadlığı sahəsində  çoxlu sayda işlər də görülür və problemlərlə bərabər bunları da görmək lazımdır. Kütləvi İnformasiya vasitələrinə dövlət dəstəyini artırmaq üçün yaradılmış Kütləvi İnformasiya Vasitələrinə  Dəstək  Şurası,  bütün dünyada olduğu kimi Azərbaycanda da  internet mediyanın gücünün artması ilə çətin günlərini yaşayan qəzetlərə dövlət dəstəyi olan yardımların verilməsi kimi bir çox önəmli layihələri sadalaya bilərik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR