İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Ankarada Xocalı soyqırımı ilə bağlı çıxış edib

492 27.02.2015 15:45 Ölkə A A
Millət vəkili  Qənirə  Paşayeva Xocalı Soyqırımı ilə bağlı Ankarada çıxış edərək bu gün hər kəs bir daha gördü ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin insan haqlarından danışmaq haqqı yoxdur deyib.

Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində Keçiören bələdiyyəsinin təşkilatçılığı ilə çoxlu sayda insanın iştrakı ilə keçirilən tədbirdə geniş çıxış edən millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib.  ATƏT-in Minsk Qrupu həmsədrlərinə səslənən millət vəkili Qənirə Paşayeva bu gün hər kəs bir daha gördü ki, həmsədr ölkələrin insan haqlarından, ədalətdən danışmaq üçün mənəvi haqları yoxdur. 

Bu gün Xocalı Soyqırımının 23-cü ildönümüdür. Niyə onların  səslərini  bu gün də  heç  eşitmədik? Onlar bu gün də bu soyqırımı pisləyən bəyanatlarla, açıqlamalarla çıxış etmədilər. Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı.  Bu gün hər kəs bir daha gördü ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin insan haqlarından danışmaq haqqı yoxdur. Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda  soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. 

Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın  insan haqları deyərək  bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən  pozulmasına səs çıxartmırlar! Fransa prezidenti də daxil olmaqla bəzi qərb siyasətçiləri  qondarma erməni soyqırımının 100-cü ili üçün Yeravana gedəcəyik deyirlər. Türkiyəyə Ermənistanla sərhədləri  açın deyə çağırış səsləndirirlər. Atalarının belə görmədiyi  hadisələrə gedənlər , bəs niyə hər şeyi gördükləri  Xocalı üçün bir açıqlama vermirlər? Niyə Türkiyəyə Ermənistanla sərhədi açın deyə çağırış səsləndirən ATƏT-in Minsk qupu həmsədrlərinin ölkələri  Ermənistana işğal etdiyi   Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? 

Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar  Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik.  

Biz görürük ki, dünyada daha çox çalışdıqca Xocalıya Ədalətə dəstək verənlərin sayı artır və biz yorulmadan dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar olaraq bu işləri daha da artırmaq üçün birliyimizi, bərabərliyimizi daha da gücləndirməli və birgə fəaliyyətimizi daha da artırmalıyıq. Mən inanıram ki, o gün uzaqda deyil və biz torpaqlarımızı işğaldan azad edib, Xocalıda şəhidlərimizi anma tədbirləri keçirəcəyik və bu soyqırımı törədənlərinə ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR