Qüds günü ilə bağlı müsabiqənin nəticəsi elan olundu, qaliblər arasında “Yeni Müsavat”ın əməkdaşı da var
İyunun 13-də Qələm Yazarlar Birliyi (QYB) Beynəlxalq Qüds günü münasibəti ilə iftar məclisi və məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. "Hər gün Qüds günüdür" adlı tədbirdə ölkənin tanınmış ilahiyyatçıları, ictimai-siyasi xadimləri və jurnalistlər iştirak edib. QYB sədri Qurban Cəbrayıl çıxış edərək İslam dünyasının hazırkı vəziyyəti, Qüds ətrafında baş verən son hadisələrdən danışıb.
Sonra AİP sədrinin müavini Akif Heydərli, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, politoloq Rövşən Novruzoğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ilahiyyatçı-alim Musarza Heydərov, AİP Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İB-nin sədri Növrəstə İbrahimova, "Fatimə" jurnalının redaktoru Kəklik Heydərzadə və başqaları çıxış edərək Qüds gününün elmi-fəlsəfi mahiyyəti, bu günü anmanın siyasi dünyamızda yeri barədə danışaraq, Qarabağ, Suriya, Yəmən, Bəhreyn, Liviya və sair müsəlman ölkələrdə baş verənlərlə uzlaşdırdılar.
Tədbirin sonunda müsabiqədə qalib gələn media nümayəndələri mükafatlandırılıb. Müsabiqənin qalibləri Sultan Laçın, FaktXeber.ru saytının əməkdaşı Natəvan Baxşıyeva olub. Mükafatçılar arasında “Yeni Müsavat”ın əməkdaşı Kənan Rövşənoğlu da var.
Musavat.com






