QƏHRƏMAN OĞLUNUN QƏHR OLMUŞ HƏYATI...
Əslində, kiminsə hansısa qadına qarşı quldurluq etməsi faktı adi kriminal əməl və adi xəbərdir. Hər gün paytaxtda neçə-neçə bu cür fakt qeydə alınır. Üstü açılanı da olur, açılmayanı da.
Dünənki xəbəri xüsusiləşdirən isə orada torpağımız uğrunda canını vermiş bir insanın, şəhidin, Milli Qəhrəman fəxri adı qazanmış igidin adının yer alması idi.
Adamın yadına məşhur atalar sözü, idiomatik ifadələr düşürdü: “Oddan kül törəyər”; “Elə atadan belə oğul?” və s.
Bu xəbəri oxuyan hər kəs sövq-təbii olaraq o fikrə gələrdi ki, hər kim o cür əmələ əl atsa da, gərək milli qəhrəmanın oğlu bir qadına hədə-qorxu gələrək, onun mobil telefonunu, portmanatını əlindən alıb qaçacaq qədər yaramaz hərəkət etməyəydi.
Hələ ələ keçəndən sonra məlum olur ki, 23 yaşlı Zaur bundan əvvəl fərarilik üstündə məhbəs həyatı yaşayıb.
Qəhrəmanın oğlunun bu yola düşməsinin sirri də onun ata üzü görməyib yetimçiliklə böyüməsində, tərbiyəsinin naqisliyində deyil, vaxtilə bir səhvinə görə cinayətkarlar şitilliyi olan məhbəsə salınmasındadır.
Bir gəncin, həm də qəhrəman atanın qanını, genlərini daşıyan bir adamın həyatının puç olmasının günahının bir hissəsi də onun ətrafında, işi keçən məmurlardadır. Onlar bu gəncə lazımi qayğını, layiq olduğu diqqəti göstərsəydilər, o bu hallara düşməzdi.
Necə ola bilər ki, igid və qorxmaz bir atanın oğlu hərbi hissədən yayınsın, fərarilik etsin?
Bu, əsasən o halda ola bilər ki, həmin hərbi hissədə özbaşınalıq olsun, əsgər öz yoldaşları və komandirləri tərəfindən incidilsin və bir gün dözməyərək hərbi hissədən qaçsın.
Görünür, arxalı, atalı-dədəli əsgərlərdən fərqli olaraq Zaurun dalınca gəlib-gedəni, pul, kontur göndərəni, komandirlərə sovqat verəni olmayıb. Bu ölkədə şəhid olmuş milli qəhrəmanın oğlundan çox, pul qazanan, möhürü olan məmurların oğullarına hörmət qoyulur. Elələrini heç əsgər aparmırlar.
Şəhidin oğlu isə atası kimi ya şəhidlik zirvəsinə ucalmalıdır, ya da yetim oğlan kimi bir küncə qısılmalıdır.
Onu mühakimə edib iş kəsənlər də məsuliyyət daşıyır. Fərari əsgəri tapıb geriyə, öz hərbi hissəsinə qaytarmaq olardı. Atasının kimliyini, şanlı keçmişini, adını nəzərə alaraq onun balasına qarşı cinayət işi açmamaq da mümkün idi.
Müvəqqəti təcridxanada, qaupvaxtda bir az sıxıldıqdan sonra o gənc səhvini başa düşərdi. Prokurorlar, hakimlər bir qədər insaflı olsaydılar, bu gənc məhbəs divarları arasına düşməz, əsgərliyini çəkib bitirdikdən sonra bir işin qulpundan yapışar, öz gələcəyini təmin edər, evlənər, oğluna atasının adını qoyardı.
İndi yaxşı oldumu? Məhbəs divarları onu islah etdimi? Etmədi. Türmə həyatı fərari gəncdən bir quldur yetişdirdi.
İndi o, yenə məhkum ediləcək, 6-7 il iş alacaq, əfv olunmayacaq, cəzasını çəkib azadlığa çıxanda isə aramıza potensial qatil kimi qatılacaq. Adətən, belə olur: həyatı korlanmış keçmiş məhkumlar heç nədən başqasının canına qıyır, öz doğma məkanlarına yeni statusla qayıdırlar.
Bu gün Mübariz İbrahimovun timsalında qəhrəman döyüşçülərimizi, igid şəhidlərimizi öymək dəbdir. Bu, artıq kampaniya xarakteri alıb. Ancaq bir milli qəhrəmanın oğlunun kəm taleyinə baxanda hiss edirsən ki, danışılan sözlərin çoxu təbliğat-təşviqat səciyyəlidir, gerçəkdə qəhrəmanların ailələri lazımi qədər diqqət, hörmət görmürlər.
Sovet vaxtında olduğu kimi dövlət, mətbuat, qeyri-hökumət təşkilatları bir qəhrəman seçir, onun ətrafında şou düzəldirlər, qalanları unudulur.
Bəxtsiz Zaur... 23 il əvvəl sən doğulanda atan Vaqif, kim bilir, hansı arzularla sənə ad qoymuşdu, boyunu sevmişdi. Bəlkə də, o, cəbhəyə, ölümə yollananda son dəfə sənin yatdığın beşiyə əyilmiş, üzündən öpmüş və demişdi: “Mənə bir şey olsa da, olsun, geridə oğlum var”.
Əfsus, Zaur. Vətən sənə oğul demədi, sən də atanın adına layiq oğul ola bilmədin.