İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbul imtahanında az bal yığan abituriyent intihara cəhd etdi - VİDEO

1173 24.05.2017 16:47 Son xəbər A A

Şəmkir sakini intihara cəhd edib.

ARB 24 xəbər verir ki, şəhərin Tatarlı kənd sakini 18 yaşlı Namiq Cahan oğlu Qasımov dərman içərək həyatına son qoymaq istəyib. Anası tez xəbər tutduğuna görə o, Tovuz rayon Qovlar Şəhərinin Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

İlkin müayinədən sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilən Namiq Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Ehtimala görə, Namiqin intihar etməsinə onun qəbul imtahanında istədiyi nəticəni göstərə bilməməsi səbəb olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR