İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbirləri dağıdılan şəxslərin yaxınlarını tapıldı: "Arzum ölmədən öncə ora gedə bilməkdir" - VİDEO

1333 20.10.2022 00:52 Gündəm A A

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarına dair bir neçə gün öncə yayılan görüntülərin Xankəndi şəhərində deyil, qərbi Zəngəzurda çəkildiyi məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, dağıdılan qəbirlər Qəşəm Cabbarovun ailə üzvlərinə məxsusdur.

82 yaşlı Qəşəm Cabbarov Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı kəndindəndir. Dağıdılan qəbirlərdən birində onun atası, digərində isə bacısı uyuyur. Yəqin ki, yayılan videodan sonra onun hansı hisslər keçirdiyini düşünmək çətin deyil.

Cabbarovlar ailəsi digər vətəndaşlarımız kimi zorla öz doğma yurd-yuvalarlından didərgin salınıb. O günləri böyük ağrı-acı ilə yadına salan müsahibimiz deyir ki, qəbirləri dağıtmaq ermənilərin etdiyi ilk vandallıq deyil. Onlar heç vaxt nə ölülərimizə, nə də dirilərimizə hörmət qoyublar.

İndi 82 yaşlı Qəşəm Cabbarovun bir arzusu var. Dünya gözü ilə torpağını bir də görmək, doğmalarının qəbirlərini ziyarət və bərpa etmək.

Ümid edirik ki, Azərbaycanın haqlı mübarizəsinə müxtəlif don geyindirən bəzi dövlətlər və Qərbin müxtəlif qurumları bu vandallığa qarşı susmayacaqlar. Doğrudur, onlar bundan da böyük halları görməzdən gəliblər. Ancaq güman edək ki, bu dəfə fərqli olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR