İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qəbələ" klubu baş məşqçiyə və azarkeşlərə görə cərimələnib

273 22.04.2022 15:44 İdman A A

AFFA İntizam Komitəsi (İK) "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 4-ü şərti olmaqla, 5 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna 42 yaşlı mütəxəssisin "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.

Baxşıyevə 3 ay sınaq müddəti, "qırmızı-qaralar"a 4 000 manat cərimə təyin edilib. Bundan başqa əyalət təmsilçisi azarkeşlərin kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi ucbatından 4 000 manat, meydana kənar şəxsin daxil olmasına görə 1 600 manat ziyana düşüb. "Sumqayıt" isə 5 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat ödəcəyək.

Bundan əlavə, İK "Qarabağ" klubuna xəbərdarlıq edib. Buna "köhlən atlar"ın "Şamaxı"nı 8:0 hesabı ilə məğlub etdiyi qarşılaşmaya dövlət yanğından mühafizə xidməti maşının gec gəlməsi səbəb olub.

"Qəbələ"ni səfərdə 3:1 hesabı ilə məğlub etdiyi ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda Ağdam klubu, 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimələnib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR