İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazi mayor VƏFAT ETDİ - FOTO

825 07.02.2025 11:36 Hadisə A A

Gəncədə qazi xəstəlikdən vəfat edib.

44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan mayor Həşim Həşimov bu gün Gəncə şəhərində dünyasını dəyişib.

Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qazinin bu gün dəfin ediləcəyi qeyd olunub.

Məlumata görə, bir neçə ay əvvəl Həşim Həşimovun ayağının biri amputasiya edilib. Həşimov "Vətən uğurunda", "Füzulinin azad olunması", "Xocavəndin azad olunması" və bir sıra medallarla təltif edilib.

Mərhum hərbçi ailəli olub və iki qız övladı var.   (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR