Qazaxıstanlı sürücüdən Türkiyədə qəribə hərəkət (FOTO)
Aksarayda iftar vaxtı polisin şikayətlə əlaqədar saxladığı TIR-ın qazaxıstanlı sürücüsü özünü kabinədə kilidləyib.
Musavat.com "İhlas" agentliyinə istinadən xəbər verir ki, vətəndaşları TIR sürüccüsünün avtomobili təhlükəli idarə etməsi ilə bağlı polisə məlumat verib. Polis əməkdaşları avtomobili saxlayıblar. 36 yaşlı qazaxıstanlı sürücü Aleksandr Çerkasov sənədləri istəyən polis əməkdaşlarına qarşı qapıları bağlayıb və kabinədən düşməyib. Sürücünü yola gətirməyə çalışan polis əməkdaşlarının cəhdləri nəticəsiz qalıb və hadisə yerinə rus dilini bilən polis əməkdaşı çağırılıb.
Sürücü ilə danışıqlar vaxtı əzan verilib və polis əməkdaşları oruclarını elə oradaca su ilə açıblar. Rus dilini bilən polis əməkdaşı Aleksandr Çerkasovu yola gətirib və o, avtomobildən enib.
Sürücü qorxduğu üçün qapıları kilidlədiyini bildirib. Polis əməkdaşları cərimə yazdıqdan sonra TIR-ı sərbəst buraxıblar.
Sürücünün Qazaxıstandan Mersin hava limanına mal yükləməyə getdiyi bildirilir.
Musavat.com






