İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın ən böyük hava limanı Çin yanacağına keçir

675 24.11.2023 20:03 Dünya A A

Almatı hava limanı 2024-cü ilin ikinci rübündən etibarən JET A-1 aviasiya yanacağından istifadəyə keçməyə hazırdır.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, bu məlumatı Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirliyin rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə hava limanının nümayəndələri infrastrukturun Çində istehsal olunan JET A-1 aviasiya yanacağından istifadəyə hazır olduğunu bildiriblər: “Almatı hava limanının nümayəndələrinin sözlərinə görə, müəssisə yanacaq və yanacaqdoldurma kompleksinin modernləşdirilməsini davam etdirir və 2024-cü ilin iyun ayına kimi ASTM D1655 qlobal standartı üzrə istehsal olunan aviasiya yanacağının istifadəsinə tamamilə keçməyi planlaşdırır”.

Ölkənin ən böyük operatorlarından və vaqon parkı sahiblərindən biri olan PTC Holdinqin nümayəndəsi bildirib ki, ölkədaxili dəmir yollarının ötürücülük qabiliyyəti ayda 50 min tona qədər JET A-1 reaktiv yanacağının daşınmasına imkan verir.

Qeyd edək ki, Qazaxıstanda təyyarə yanacağı istehsalı daxili ehtiyacları ödəmir: məsələn, 2022-ci ildə ölkədə 648 min ton təyyarə yanacağı istehsal edilib, istehlak isə 806 min ton olub, fərq Rusiyadan idxal hesabına ödənilib. Eyni zamanda Nəqliyyat Nazirliyi son vaxtlar xarici aviaşirkətlər tərəfindən Qazaxıstan üzərindən uçuşların artdığını (2021-2022-ci illərlə müqayisədə 90 faiz artım) qeyd edib ki, bu da təyyarə yanacağına olan tələbatı artırır: sentyabrda bu, 1,3 -1,34 milyon ton təşkil edib.

2023-cü ildə Qazaxıstan hakimiyyəti tələbatı ödəmək üçün Sincan-Uyğur Muxtar Bölgəsindəki üç neft emalı zavodundan birindən 350-500 min ton təyyarə yanacağı almağa qərar verib.

Oktyabr ayında Qazaxıstanın milli aviadaşıyıcısı “Air Astana” və “PetroChina International Kazakhstan” ekoloji təmiz Jet A-1 aviasiya yanacağı tədarükünə dair strateji tərəfdaşlıq memorandumu imzalayıblar. Qeyd olunub ki, Jet A-1 yanacağı İATA standartlarına uyğundur və Qazaxıstanda istehsal və saxlama texnologiyalarında istifadə olunan TS-1/RT markalarından fərqlənir. Jet A-1-in əsas üstünlüyü onun aşağı yanğın təhlükəsi, atmosferə atılan zaman işlənmiş qazların aşağı tərkibi və təyyarə mühərriklərinin əsaslı təmir dövrünün artmasıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR