İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq"

963 30.10.2017 15:35 Son xəbər A A

"Bu layihə Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq, Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq".

APA-nın məlumatına görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev deyib. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir: "Çindən gələn konteyner Qazaxıstan limanından və Xəzərdən keçməklə Azərbaycana çatır və bu yük bu gün Azərbaycandan yola salınacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR