SSRİ-nin 100 illik yubileyinə Qazaxıstan “hədiyyəsi” Putin “SSRİ-2” layihəsini işə salıb?
Bu il SSRİ-nin yaradılmasının 100 ili tamam olacaq (22 dekabr 1922). Bəllidir ki, Sovet İttifaqı heç də müttəfiq respublikaların könüllü birliyi yox, bolşevik Rusiyasının işğalçılıq siyasətinin geosiyasi “məhsulu” idi. Bu da məlumdur ki, vaxtaşırı SSRİ-nin dağılmasını böyük faciə adlandıran prezident V.Putinin hakimiyyəti dövründə Moskva bir sıra suveren əraziləri Rusiyaya qatıb. Abxaziya, Cənubi Osetiya, Krım. İndi də Turan yolu tutan Qazaxıstan deyəsən hədəfdədir. Özü də “yubiley” ili girər-girməz. Təsadüfmü?
Belarus artıq Rusiyanın ovcunun içindədir. Ermənistan da onun kimi. Kreml SSRİ-ni başqa qiyafədə bərpa eləmək üçün Belarusun ardınca Qazaxıstanda “kart-blanş”mı əldə edib? Həm də Türk dünyasına, ötən noyabrda yaradılan Türk Dövlətləri Təşkilatına (TDT) qarşı? Putini “SSRİ-2” planları nə dərəcədə ciddi sayılmalıdır? Bu xüsusda Qazaxıstandakı proseslərdə “Rusiya izi” dəqiqləşdimi, sular duruldumu?
Maraqlıdır ki, Rusiya XİN-i baş verənləri “xaricdə hazırlanmış və silahlı birləşmələrin köməyi ilə Qazaxıstanın dövlət bütövlüyü və təhlükəsizliyini sarsıtmaq məqsədi güdən cəhd” adlandırb. “Xaric” deyəndə kim nəzərdə tutulur, yoxsa Moskva izi itirməyə çalışır bu yolla?
Bəs TDT-nin yaranmış duruma reaksiyası niyə gecikir, axı bu, hım də onun üçün ilk ciddi sınaqdır. Qazaxıstanı TDT-dən qopa bilərmi? Türkiyə prezidenti Ərdoğan Qazaxıstan prezidenti ilə tyelefonla danışıb. Həmçinin Ərdoğan İlham Əliyevlə də danışıb, Qazaxıstandakı durumu müzakirə ediblər.
Daha bir sual: Moskvanın KTMT adı ilə Orta Asiyanın əsas türkdilli ölkəsində hərbi cəhətcə daha da möhkəmlənməsi, Elbaşı Nazarbayevin böyük siyasətdən həmişəlik getməsi Qazaxıstan-Türkiyə, Qazaxıstan-Azərbaycan münasibətlərinə, həmçinin TDT çərçivəsində əməkdaşlığa nə vəd edir? Əlaqələr zəifləyə bilərmi?
Azərbaycan taxıl asılılığından qurtulmaq zamanı – nələri etməliyik?
Çörəyin, unun bahalaşması bir məsələni aktual edib. Bu da odur ki, Azərbaycan xaricdən taxılı asılılığını azaltmaq və ya bu asılılıqdan qurtulmaq barədə ciddi düşünməlidir. Əhalinin artım tempi də nəzərə alınmaqla buna nail ola bilərikmi? Bundan ötrü nələr edilməlidir? Ölkənin qida taxılına illik ehtiyacı nə qədərdir, bu ilki taxıl əkini nə yerdədir və hansı məhsuldarlıq gözlənilir? Azad edilmiş ərazilərimiz xaricdən taxıl asılılığından qutulmağımıza hansı töhfəni verə bilər?
10. Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı müəyyənləşib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Twitter”də bildirib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşdırılması prosesinə başlamaq üçün təyin olunan xüsusi nümayəndələrin görüşü yanvarın 14-də Moskvada baş tutacaq. Türkiyə XİN də görüşün keçiriləcəyi vaxtı təsdiqləyib.
2022-ci ildə əlaqələrin normallaşmasının şahidi ola biləcəyikmi? İrəvan saxta soyqırımı və ərazi iddialarından imtina eləmədən Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması mümkünmü?
Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mimahmud Mirəlioğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






