Rusiya lideri sabitlik yaranan kimi KTMT hərbçilərinin Qazaxıstandan çıxacağını bəyan etdi, Kreml başçısı hesab edir ki, bu ölkə beynəlxalq terrorçuluqla üz-üzə qalmışdı.
Rusiya prezidenti onu da qeyd edib ki, Qazaxıstanda baş verənlər keçmiş sovet respublikalarının daxili işlərinə birinci və axırıncı müdaxilə cəhdi deyil.
“KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”,- Rusiya prezidenti deyib.
Putin əks-inqilab edibmi? Alamatıda rəngli inqilabın qarşısı alınıbmı?
ABŞ dövlət katibi Entioni Blinken Qazaxıstan hadisələrindın danışarkən bu gün bəyan edib ki, Putinin hədəfi SSRİ-ni hanısa formada bərpa eləmək, postsovet ölkələriniz Rusiyanın təsir zonasına qaytarmaq, onlara real təsir rıçaqları əldə eləməkdır.
ABŞ-dan vaxtaşırı bu cür bəyanatlar səslənir. Bundan az öncə dövlət katibinin müavini Viktoriya Nuiland oxşar açıqlama vermişdi. Bəs Vaşinqton Kremlin bu planlarına duruş gətirmək üçün postsovet ölkələrinə hansı real dəstəyi verə bilər?
Rusiya hərbçiləri KTMT ölkələrindən olan müttəfiqləri ilə birlikdə etirazların davam etdiyi Qazaxıstana gəlməkdə davam edir. Artıq minlərlə rusiya hərbçisi strateji obyektləri, o cümlədən Almaatı və Nursultan hava limanlarını, prezident sarayını, Baş Qərargah binasını, televiziya mərkəzini, Mərkəzi Bankın və əsas nazirliklərin binalarını nəzarətə götürüb.
Lakin rus qoşunlarının yeridilməsi xalqın narazılığına səbəb olub və minlərlə qazaxıstanlı yenidən küçələrə çıxıb. Sosial şəbəkələrdə etirazçıların rus əsgərləri ilə birlikdə yoldan keçən kolonlara daş atmasını əks etdirən video görüntülər yayılıb. Hətta nalayiq ifadələr eşidilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsinin təşəbbüsü ilə təşkil olunan onlayn sammitində çıxış edib. Çıxışında o, etirazçıların hüquq-mühafizə orqanlarına qarşı qəddar rəftarından bəhs edib.
O, iddia edib ki, iğtişaşçılar polisləri xüsusi amansızlıqla döyüb, onlardan ikisinin başını kəsiblər.
O, həmçinin quldur adlandırdığı iğtişaşçıların gecələr morqlara hücum etdiklərini bildirib. “Quldurlar gecələr morqlara hücum edib, ölən əlbirlərinin cəsədlərini götürüblər. Bu beynəlxalq terrorçuların təcrübəsidir, onlar bu yolla izlərini silmək istəyirdilər”, - deyə prezident qeyd edib.
Bu gün TVMusavat-ın saat 16:10-da, canlı yayımlanan “Həftə içi” proqramında professor Qabil Hüseynli ilə gündəmi müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






