İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda prezidentin qohumlarının siyasi vəzifə tutması qadağan ediləcək

590 16.03.2022 13:56 Son xəbər A A

Qazaxıstanda prezidentin qohumlarına siyasi vəzifələr və kvazi-dövlət sektorunda rəhbər vəzifələr tutmaq qadağan ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib.

"Prezident ailəsinin yaxınlarının siyasi vəzifələr tutmasına və kvazi-dövlət sektorunda rəhbər vəzifələrdə işləməsinə qanunvericilik qadağası qoyulacaq", - deyə ölkə başçısı bildirib.

O, bu normanın Konstitusiyada təsbit olunmasını təklif edib və vurğulayıb ki, dövlət başçısı bütün vətəndaşlar üçün bərabər imkanların sarsılmaz təminatçısı kimi çıxış etməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR