İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda korrupsionerlərin pulu ilə tikilən 43 yeni məktəb açılıb

717 05.01.2024 16:28 Dünya A A

Qazaxıstanda 2023-cü ilin sonunda rüşvətxor məmurlardan müsadirə edilən pullarla tikilən 43 məktəb açılıb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, Qazaxıstan Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti bununla da ölkədə üç qəzalı və 13 üçnövbəli məktəblə bağlı problemin həll olunduğunu bildirib.

Yeni təhsil müəssisələrinin istifadəyə verilməsi nəticəsində regionlarda daha 54,4 min yeni şagird yeri yaranıb. Onların əksəriyyəti Almatı və Türküstan vilayətlərində yerləşir. Bu vilayətlərin hər birində 8 məktəb, eləcə də paytaxtda 10 məktəb açılıb.

Ümumilikdə Təhsil İnfrastrukturuna Dəstək Fondu 76 738 şagird yerlik 62 məktəbin tikintisini maliyyələşdirib. Layihələrin ümumi məbləği 96 milyard tengedən (bizim valyuta ilə 355 milyon 200 min) çox olub. Artıq vəsait yerli icra hakimiyyəti orqanlarının hesablarına köçürülüb.

Ümumilikdə, Fondun mövcud olduğu dövrdə hesaba 150 milyard tengedən çox vəsait köçürülüb. Onlardan məktəblərin, əlavələrin və internat məktəblərinin yenidən qurulması, habelə üçnövbəli təhsil məsələlərinin həllinə xərclənir.

Bildirilir ki, bu pullar korrupsioner və rüşvətxor məmurlardan müsadirə olunur və xüsusi fondda toplanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR